Azərbaycan kubokunun 1/4 final mərhələsində qarşılaşacaq bütün cütlər məlum olub.
Sportal.az xəbər verir ki, Premyer Liqada işləri yaxşı getməyən "Kəpəz"lə "Keşlə" 1/4 final mərhələsində üz-üzə gələcək.
1/8 final mərhələsində “Mil-Muğan”ı darmadağın edən (8:0) “Qəbələ” isə “Səbail”lə qarşılaşacaq.
1/4 finalın digər oyunlarında "Neftçi" "Zirə" ilə, "Qarabağ" isə "Sumqayıt"la üz-üzə gələcək
Azərbaycan kuboku, 1/4 final
"Qəbələ" - "Səbail"
"Keşlə" - "Kəpəz"
"Zirə" - "Neftçi"
"Qarabağ" - "Sumqayıt"
1/4 final mərhələsinin ilk oyunları dekabrın 10-11-də, cavab görüşləri ayın 14-15-də keçiriləcək.
saytlarin hazirlanmasi