Yuri Maksimova verilən cəza açıqlandı

12:51 - 25 Aprel 2018

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda ölkə kubokunun cavab matçlarında baş vermiş qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub:

 

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Neftçi” - “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Oyunun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur .

 

Azərbaycan kubokunun 1/2 final mərhələsinin cavab oyunu olan “Sumqayıt” - “Keşlə” matçının 72-ci dəqiqəsində “Keşlə”nin baş məşqçisi Yuri Maksimov aqressiv davranışa görə texniki zonadan kənarlaşdırılıb. Yuri Maksimov bu səbəbdən 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur.

Xəbər xətti