İslam Slimani "Monako"da

01:13 - 21 Avqust 2019

Fransanın "Monako" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Lester Siti"nin hücumçusu İslam Slimanini satın alma şərti ilə bir illik icarəyə götürüb.

 

31 yaşlı futbolçu ötən mövsümü icarə əsasında "Fənərbaxça"da keçirib.

 

"Lester Siti" Əlcəzair millisinin üzvünü 2016-cı ildə "Sportinq"dən 30,5 milyon avroya transfer etmişdi.

Xəbər xətti