"Real" müdafiəçisini icarəyə verdi

18:51 - 24 Yanvar 2020

İspaniyanın "Real" klubu müdafiəçisi Xesus Valyexonu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı müdafiəçi karyerasını La Liqa təmsilçisi "Qranada"da davam etdirəcək. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

 

Valyexo mövsümün ilk yarısını icarə əsasında İngiltərənin "Vulverhempton" klubunda keçirib.

 

İspaniyanın aşağı yaş qruplarından ibarət milli komandalarında çıxış etmiş futbolçu 2015-ci ildə "Saraqosa"dan "Real"a 6 milyon avro qarşılığında keçib.

Xəbər xətti