Premyer Liqanın 15-ci turunda səfərdə "Səbail"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimli jurnalistlərin suallarını cavablandırıb.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi öncə oyunla bağlı danışıb:
- Vacib qələbə idi. Matça yaxşı hazırlaşmışdıq. İlk oyundan görünür ki, çempionat çətin keçəcək. Rəqiblər də yaxşı hazırlaşıb. “Səbail” də yaxşı oynadı.
- Qol vura bilməməyiniz sizi təşvişə salmışdı?
- Qalib gəlmək istəyirdik. Kənardan bəlkə də, belə görünürdü. Şükürlər olsun ki, qələbə qolunu vurduq.
- Demək olar ki, əsas heyətdə yerin möhkəmlənib?
- Xeyr, bunu demək olmaz. Hər matç əlimdən gələni etməyə çalışıram ki oynayım.
- “Neftçi” ilə oyunda qələbə qazana biləcəksiniz?
- Çalışacağıq ki, uğurlu oyunumuzu davam etdirək. Alınsa, yaxşı olar. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq.
saytlarin hazirlanmasi