Premyer Liqa klubları türk futbolçunu hədəfə aldı

18:15 - 19 Fevral 2020

"Trabzonspor"un qapıçısı Uğurcan Çakır karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 

Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, onun xidmətində "Tottenhem" və "Everton" maraqlıdı. Sözügedən klubların skoutları Uğurcanı izləmək üçün mütəmadi olaraq "Trabzonspor"un oyunlarında olur.

Türkiyə millisinin 23 yaşlı üzvü ötən mövsümün ikinci yarısından Qara dəniz təmsilçisinin əsas qapıçısıdı.

Xəbər xətti