Azərbaycan - Moldova: statistika

15:52 - 22 Fevral 2021

Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, Moldova yığması ilə Azərbaycan millisi əsasən yoldaşlıq oyunlarında və beynəlxalq turnirlərdə qarşılaşıb.

 

İndiyə qədər bu komandalar arasında keçirilmiş 8 oyundan yalnız biri rəsmi görüş olub. Ümumi nəticə isə komandamızın xeyrinədir: Komandamız 7 qələbə qazandığı halda, cəmi 1 dəfə məğlubiyyətlə üzləşib.

 

30.03.2004. YO. Moldova – Azərbaycan 1:3
31.03.2004. YO. Moldova – Azərbaycan 4:5
28.01.2009. BT. Azərbaycan – Moldova 4:2
14.02.2013. BT. Azərbaycan – Moldova 6:1
23.04.2015. BT. Moldova – Azərbaycan 1:1, pen. 1:0
29.03.2017. YO. Azərbaycan – Moldova 6:1
30.03.2017. YO. Azərbaycan – Moldova 3:2
23.10.2019. DÇSO Azərbaycan – Moldova 3:1

Xəbər xətti