Özbəklər millimizi darmadağın etdi

17:51 - 16 Oktyabr 2023

Özbəkistanın paytaxtı Daşkənddə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoldaşlıq oyununu keçirib.

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 0:4 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-19 daha əvvəl bu rəqibə 0:3 hesabı ilə yenilib.

Xəbər xətti