"Qəbələ" braziliyalını saxlamağı planlaşdırır

19:24 - 9 Yanvar 2024

"Qəbələ" hazırkı heyətindən komandada saxlamaq istədiyi oyunçular var.

Sportal.az saytına verilən məlumata görə, bölgə təmsilçisi Lukas Afrikonu buraxmaq istəmir.

Belə ki, Premyer Liqa təmsilçisi braziliyalı ilə müqavilə müddətinin bir illik artırmağı planlaşdırır.

Qeyd edək ki, 28 yaşlı müdafiəçi yayda “Eştoril”dən “Qəbələ”yə keçib. O, bundan əvvəl “Londrina”, “Maritimo” komandalarında da çıxış edib.
 

Xəbər xətti