Ayxan Abbasov: "Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi"

20:39 - 21 May 2026

"Şamaxı" Misli Premyer Liqasının 2025/26 mövsümünün sonuncu - 33-cü turunda səfərdə "Qəbələ"yə 1:3 hesabı ilə uduzub.

Sportal.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bildirib:

"Çempionat bitdi. Komandama təşəkkür edirəm. Ağır mövsüm oldu. Hədəfimiz ötən mövsümdən yaxşı olmaq idi. Təhlil etsək, görərik ki, keçən ildən yaxşı olduq. Ötən mövsüm Premyer Liqada 10 komanda var idi. Bu mövsüm 12 komanda arasında mübarizə daha sərt oldu. Kubokda da irəlilədik. Gənc futbolçuların inkişafı, yaxşı legionerlərin uyğunlaşması baxımından komanda irəlilədi. Hədəfimiz bu idi. Rəhbərliyə, futbolçulara, məşqçilərə təşəkkür edirəm. "Qəbələ"yə uğurlar arzulayıram. Qarşıda onları çətin pley-off matçı gözləyir. İnşallah layiq olan qələbə qazanar. İnanıram ki, "Şamaxı" düzgün qərar verib bu işi davam etdirən bir məşqçi ilə razılaşar, bu ildən daha yaxşı olmağa çalışar".

Elçin Əlixan

Xəbər xətti