Elxan Səmədov Darko Ramovs ilə görüşüb - FOTO

16:13 - 27 İyul 2026

Serbiya Super Liqasının baş katibi Darko Ramovs Peşəkar Futbol Liqasının qonağı olub.

Sportal.az xəbər verir ki, ölkəmizə səfər çərçivəsində Peşəkar  Futbol Liqasının qonağı olan Darko Ramovs qurumun prezidenti Elxan Səmədov ilə görüşüb.

Görüş zamanı Serbiya Super Liqası və Azərbaycan Peşəkar Futbol Liqası arasında mövcud olan əməkdaşlıq və perspektivlər müzakirə olunub. Eyni zamanda, hər  iki ölkədə keçirilən bütün liqaların strukturları və liqaları maraqlandıran bütün məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən məmnunluğunu ifadə edən Darko Ramovs Peşəkar  Futbol Liqasına və Azərbaycan futboluna uğurlar arzu edib.


Xəbər xətti