Emrelinin qol vurduğu görüşdə "Rakuv" bərabərə qaldı - VİDEO

09:34 - 21 Avqust 2026

"Rakuv" Avropa Liqasının pley-off mərhələsində "Hayduk"la qarşılaşıb.

Sportal.az xəbər verir ki, Polşa klubu səfərdə rəqibi ilə 2:2 oynayıb.

Millimizin forvardı Mahir Emreli "Rakuv"un qollarından birinə imza atıb.

O, 27-ci dəqiqədə fərqlənib.

Azərbaycanlı hücumçu qarşılaşmada sona qədər meydanda olub.

Komandalar arasında cavab görüşü 27 avqustda keçiriləcək. Qeyd edək ki, bu, Emrelinin "Rakuv"un heyətində vurduğu 3-cü qoludur.

Xəbər xətti