"Sabah" UEFA Çempionlar Liqası pley-off mərhələsinin cavab görüşü çərçivəsində Bakıda "Hapoel"i (Beer Şeva) qəbul edəcək.
Sportal.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun üçün bilet satışı davam edir.
Matç üçün artıq 15 min bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, "Sabah" - "Hapoel" qarşılaşması avqustun 25-də keçiriləcək və saat 20:45-də start götürəcək. Komandalar arasında Rumıniyada keçirilən ilk oyun İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi
