"Yuventus" 80 milyon avroya transfer etdiyi futbolçu ilə yollarını ayırdı

16:31 - 21 Avqust 2026

"Yuventus" yarımmüdafiəçi Artur Mele ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

Braziliya millisinin sabiq üzvü ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Yuventus" Artur Melonu 2020-ci ilin yayında "Barselona"dan 80 milyon avroya transfer etmişdi. 30 yaşlı dayaq yarımmüdafiəçisi Turin təmsilçisinin heyətində meydana çıxdığı 63 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti