Bernardo Silva Kriştiano Ronaldonun Portuqaliya milli komandasındakı karyerasını başa vurmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, "Real"da çıxış edən 32 yaşlı hücumameyilli yarımmüdafiəçi kəndərləndiyini deyib:
"Kriştiano Ronaldo milli komandada 23 il keçirdi. Mən isə 12 ildir ki, buradayam və bu müddət ərzində komandanı həmişə onunla birlikdə görmüşəm. Bu, hamımız üçün yeni bir mərhələ olacaq. Bu, gec-tez baş verməli idi. Şəxsən mən kədərliyəm. Çünki o, mənim üçün böyük qürur mənbəyi idi, onunla eyni soyunub-geyinmə otağını bölüşmək şərəf idi. İndi isə irəliləməyə davam etməli və milli komandanın son illərdə izlədiyi uğur yolunu getməliyik".
Qeyd edək ki, Kriştiano Ronaldo 2003-cü ildən 2026-cı ilədən Portuqaliya yığmasının şərəfini qorulub. Ulduz futbolçu komandanın heyətində meydana çıxdığı 234 rəsmi matçda 146 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi

