"Barselona"nın yarımmüdafiıəçisi millidə zədələndi

20:58 - 14 Noyabr 2026

Niderland milli komandasının heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, Frenki de Yonq sıradan çıxıb. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Barselona"nın yarımmüdafiəçisi UEFA Millətlər Liqasının 5-ci turunun Yunanıstanla matçında (7:0) zədələnib. 29 yaşlı futbolçu yığmanın heyətindən kənarlaşdırılıb.

Qeyd edək ki, Niderland seçməsi növbəti oyununu səfərdə Almaniyaya qarşı keçirəcək. Matç 16 noyabr tarixində baş tutacaq.

Xəbər xətti