İtaliya milli komandasının heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Nikolo Kambyaqi sıradan çıxıb. Bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
"Bolonya"nın vingeri UEFA Millətlər Liqasının Fransa ilə matçında (3:1) topuğundan zədə alıb. 25 yaşlı futbolçu yığmanın heyətindən kənarlaşdırılıb. Onun yaşıl meydanlara qayıdacağı taxix açıqlanmayıb.
Qeyd edək ki, İtaliya yığması növbəti oyununu səfərdə Belçikaya qarşı keçirəcək. Görüş 15noyabr tarixində baş tutacaq.
saytlarin hazirlanmasi

