Bütün formalar 7 nömrə - təşəkkürlər kapitan!

00:03 - 15 Noyabr 2026

Portuqaliya millisi yığma komandadakı karyerasını başa vuran Kriştianu Ronaldunun şərəfinə xüsusi aksiya təşkil edib.

Sportal.az xəbər verir ki, Millətlər Liqası çərçivəsində Danimarka ilə qarşılaşan Portuqaliya yığması görüşü Braqa şəhərində yerləşən “Eştadiu Munisipal de Braqa” stadionunda keçirir.

Matçın start fitindən əvvəl meydan sahiblərinin futbolçuları meydana Ronaldunun millidə çıxış etdiyi 7 nömrəli formalarla daxil olublar.

Tribunalarda azarkeşlər tərəfindən “Təşəkkürlər, kapitan!” sözləri yazılmış pankartlar açılıb. Eyni ifadələr stadionun müxtəlif hissələrində yerləşən elektron tablolarda da nümayiş etdirilib.

Qarşılaşmanın 7-ci dəqiqəsində isə azarkeşlər bir dəqiqə ərzində alqışlarla Ronaldunun adını səsləndirərək əfsanəvi futbolçuya ehtiramlarını bildiriblər.


Xəbər xətti