KONKAKAF Millətlər Liqasının A Liqasında 1/4 final mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, Yamayka milli komandası evdə Meksikaya 3:2 hesabı ilə qalib gəlib.
Yamayka millisinin üzvü, "Qrabağ"ın futbolçusu Renaldo Sefas bu görüşə start heyətində çıxıb və 75-ci dəqiqədə əvəzlənib.
O, Yamaykanın ikinci qolunu vurub.
26 yaşlı futbolçu 46-cı dəqiqədə qol vurub.
Qeyd edək ki, komandalar arasında cavab görüşü noyabrın 18-də keçiriləcək.
saytlarin hazirlanmasi

