Portuqaliya millisinin baş məşqçisi Jorje Jezuş daha əvvəl yığmadakı karyerasını başa vurduğunu elan etmiş keçmiş kapitan Kriştiano Ronaldodan ötrü darıxıb-darıxmadığı soruşulub.
Sportal.az xəbər verir ki, UEFA Millətlər Liqasının beşinci turunda Portuqaliya Danimarkaya qarşı oyunda 1:4 hesablı ağır məğlubiyyətə uğrayıb. Jezuş isə matçdan sonra mətbuat konfransında Ronaldo barədə danışıb.
- Ronaldo üçün darıxırsınız?
- Hansı mənada onun üçün darıxmalıyam? O, artıq burada deyil. Niyə onun üçün darıxım? Ronaldo komandanın bir hissəsi ola bilərdi, amma artıq oynamır. O, burada deyil və gələcəyinin necə olacağına özü qərar verib.
Qeyd edək ki, ötən toplanışda Ronaldo milli komandalar zamanı Portuqaliya yığmasının düşərgəsini icazəsiz tərk etmişdi. Bu addım baş məşqçi ilə yaranan münaqişədən qaynaqlanmışdı.
saytlarin hazirlanmasi

