"Şamaxı"nın qapıçısı Rikardo Fernandes Sportal.az saytına müsahibə verib.
- “Şamaxı” son turda "Neftçi"yə uduzdu. Səncə, nəyə görə məğlub oldunuz? Fərqli nəticə etmək mümkün idi?
- Düzü, öz oyunumuzu oynaya bilmədik. Bunun da nəticəyə təsiri oldu. Təbii ki, istədiyimiz nəticə deyildi. İndi səhvlərimizi analiz edib, mümkün qədər onları tez aradan qaldırmalıyıq.
- Bu sezon "Şamaxı" "Neftçi"ni məğlub edə bilməyib. Halbuki əksər komandalara çətin anlar yaşatmısınız. "Neftçi" sizin üçün çətin və ağır rəqib idi?
- Hamımız bilirik ki, “Neftçi” böyük klubdur, güclü heyəti var. Onlara qarşı həmişə çox rəqabətli oyunlar keçirmişik və bizim üçün baha başa gələn səhvlərə yol vermişik. Amma onlar həmişə böyük komandaya qarşı çox balanslı oyunlar keçiriblər.
- "Şamaxı"nın Premyer Liqada 28 xalı var və 8-ci pillədədir. "Kəpəz" 27 xalla 9-cu, "Səbail" 20 xalla 10-cu pillədədir. Sonuncu pilləyə düşmək təhlükəsi hiss edirsiz?
- Biz təhlükəni və təzyiqi həmişə hiss etməliyik. Özümüzü rahat hiss edə bilmirik. Biz həmişə daha çox can atmalıyıq və mümkün qədər çox xal qazanmalıyıq. Çempionatın son mərhələsindəyik və bütün xallar vacibdir.
- “Şamaxı" Premyer Liqanın 30-cu turunda "Sumqayıt"la qarşılaşacaq. "Sumqayıt"ı məğlub edə bilərsiz? "Sumqayıt" sizin üçün güclü rəqibdir?
- Hər iki komanda üçün vacib oyun olacaq. Çətin oyun olacaq, əlimizdən gələni edib, mümkün olan ən yaxşı nəticəni əldə etmək üçün mübarizə aparmalıyıq. Düşdüyümüz vəziyyətə uyğunlaşa bilmirərik. Buna reaksiya verməliyik.
- Bu sezon Premyer Liqada ən çox diqqətçəkən qapıçılardan oldun və sənə yerli klubların marağı yüksək idi. Deyəsən, "Şamaxı"da qalacaqsan. Artıq yeni müqavilə ilə bağlı razılıq əldə etmisiz?
- Mən sadəcə işimi bacardıqca yaxşı görməyə çalışıb, kluba kömək etmək istəyirəm. Mən burada xoşbəxtəm. “Şamaxı”ya bütün məqsədlərinə çatmaqda kömək etmək istəyirəm. Azərbaycanda yaşamağı çox sevirəm. İlk gündən mənə çox gözəl münasibət göstərilib. Azərbaycan əla ölkədir.
- Yeni sezondan Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq. Buna görə yerli futbolçular narahatdır. Səncə, legioner limitinin tətbiq olunmaması Azərbaycan futboluna ziyandır, yoxsa xeyir?
- Bu, yalnız liqanın və federasiyanın şərh edə biləcəyi mövzudur. Amma düzünü desəm, bunun bütün tərəflər üçün xeyirli olacağını düşünürəm.
Mirbağırağa