"Turan Tovuz" "Sabah"ı, "Şamaxı" "Sumqayıt"ı məğlub etdi - YENİLƏNİB

21:12 - 12 Aprel 2025

Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.

Sportal.az xəbər verir ki, bu gün iki qarşılaşma baş tutub.

Günün ilk oyunu Tovuzda keçirilib. Burada "Turan Tovuz" "Sabah"ı qəbul edib. Görüş ev sahiblərinin qələbəsi ilə yekunlaşıb.

İkinci matçda isə "Sumqayıt" və "Şamaxı" üz-üzə gəlib. Burada qonaqlar qalibiyyətə sevinib.

12 aprel (şənbə)

“Turan Tovuz” “Sabah” 2:1 
Qollar:
Ayxan Quseynov 56, Batişta 57 - Nuriyev 14
Qırmızı vərəqə: Şafranko 45+2
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Cavid Cəlilov
AVAR: Akif Əmirəli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Emin Cəfərov
Tovuz şəhər stadionu, 17:00

“Sumqayıt” “Şamaxı” 1:2
Qollar:
Kehat 9 - Tuik, 57, Msanqa, 60
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:15

Xəbər xətti