Koronavirusa görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-dən etibarən davam etdiriləcək.
Sportal.az xəbər verir ki, klublar bununla bağlı razılığa gəlib. Əgər koronavirusla bağlı vəziyyət pisləşməsə, yarış rəhbərliyi Premyer Liqanı bərpa edəcək.
İyunun 17-də "Şeffild Yunayted" "Aston Villa" ilə, "Mançester Siti" isə "Arsenal"la üz-üzə gələcək.
Premyer Liqa klublarına 3 həftəlik kollektiv hazırlaşmaq izni verilib.
Premyer Liqada 29 tur geridə qalıb. Yarışın turnir cədvəlinə 82 xalla "Liverpul" başçılıq edir. 2-ci yerdə qərarlaşan "Mançester Siti" "qırımızılar"dan 25 xal geridədir.
saytlarin hazirlanmasi