İngiltərə Premyer Liqasının 30-cu turunda keçirilmiş "Everton" - "Liverpul" matçı izlənmə rekordu qırıb.
Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, qolsuz başa çatan Mersisayd derbisini ölkə daxilində 5,5 milyon insan izləyib.
Daha öncəki rekord 2011/12 mövsümündə keçirilmiş "Mançester Siti" - "Mançester Yunayted" matçında (1:0) qeydə alınmışdı. Mançester derbisini ölkədə 4,3 milyon futbolsevər izləmişdi.
Koronavirus pandemiyasına görə Premyer Liqanın oyunları azarkeşsiz keçirilir. Çempionatın sonuna 8 tur qalmış "Liverpul" 83 xalla 1-cidir. "Mançester Siti" 63 xalla 2-ci yerdə qərarlaşıb.
saytlarin hazirlanmasi