"Yuventus"la müqaviləsi yayda başa çatan Anxel Di Mariya gələcəyi ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, argentinalı vinger karyerasını ölkəsində davam etdirəcək. Bu barədə "Marca" nəşri məlumat yayıb.
35 yaşlı futbolçu yetirməsi olduğu "Rozario Sentral"a keçəcək. Təcrübəli yarımmüdafiəçi klubla 2 illik müqavilə imzalayacaq. O, karyerasını "Rozario Sentral"da bitirməyi planlaşdırır.
Qeyd edək ki, Anxel Di Mariya mövsümün əvvəlində PSJ ilə müqaviləsi başa çatdıqdan sonra "Yuventus"a keçib. Argentina millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 32 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi