Joze Mourinyo yenidən İngiltərə Premyer Liqasında çalışmaq istəyir.
Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Mançester Yunayted"in baş məşqçisi olmaq arzusundadır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Lakin "qırmızı şeytanlar"ın rəhbərliyi Mourinyonun qayıdışına müsbət yanaşmır.
Qeyd edək ki, Joze Mourinyo 2016-2018-ci illərdə "Mançester Yunayted"in baş məşqçisi olub. 61 yaşlı məşqçi son olaraq "Roma"da çalışıb.
saytlarin hazirlanmasi