"Qarabağ"ın legionerinə ölkəsindən təklif var

17:17 - 22 May 2024

"Qarabağ"ın əlcəzairli yarımmüdafiəçisi Yasin Benzia karyerasını vətənində davam etdirə bilər. 

Sportal.az "Afrique Sports"a istinadən xəbər verir ki, Benzia növbəti mövsüm üçün Əlcəzairin "MC Alger" klubunun planının bir hissəsidir. 

Lakin yarımmüdafiəçinin millidəki uğurlu çıxışı klubu müqavilənin maliyyə şərtlərini daha da yaxşılaşdırmağa məcbur edib.

Çünki Benzianın ambisiyaları və transfer qiyməti artıb. Futbolçu özü isə Avropada oynamağı hədəfə alıb.

Yaxın vaxtlarda “MC Alger” “Qarabağ”ın legionerinə müqavilə təklif edəcək.
 

Xəbər xətti