Totti: "İtaliyanı İspaniya ilə müqayisə etməməliyik"

20:47 - 23 İyun 2024

İtaliya millisinin sabiq futbolçusu Françesko Totti "skuadra azzura”nın İspaniyaya məğlubiyyətini (0:1) şərh edib.

Sportal.az xəbər verir ki, “Sky Sport Italia”ya danışan Totti millisinin hazırkı durumunu dəyərləndirib:

"İspaniya dünya səviyyəli gənc futbolçuları olan böyük komandadır. Bu matçda onlar mükəmməl idi, biz isə hamının gözlədiyi İtaliya deyildik. İndi növbəti mərhələyə yüksəlmək vacibdir. İtaliyanı İspaniya ilə müqayisə etmək lazım deyil. Elə gecələr olur ki, bir komanda üçün hər şey mükəmməl işləyir, digərində isə hər şey pis gedir. İndi ancaq çevirib diqqətimizi Xorvatiya ilə matça yönəltməliyik”.

Qeyd edək ki, AVRO-2024-ün qrup mərhələsinin üçüncü turunda İtaliya sabah Xorvatiya ilə qarşılaşacaq. Matça 20:00-da start veriləcək.

Xəbər xətti