Vaxt istəyən məşqçilər üçün Ayxan Abbasov nümunəsi - "Şamaxı"nın ümid verən başlanğıcı

20:06 - 14 Sentyabr 2024

Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan "Şamaxı" daha bir qələbə qazanıb. Ayxan Abbasovun komandası evdə "Sumqayıt"ı məğlub edib. Buna qədər "Zirə"ni də udan Şamaxı təmsilçisi "Sabah" və "Neftçi" kimi güclü heyətə malik komandalardan xal ala bilib. 

Ayxan Abbasov qısa zamanda döyüşkən kollektiv yaradıb. Bu, vaxt istəyən məşqçilər üçün nümunədir, göstəricidir. Baxırsan, heyətdə 3-5 dəyişiklik olan məşqçi deyir ki, vaxt lazımdır. 

Ayxan Abbasov bu baxımdan fərqlənən məşqçidir. O, "Turan Tovuz"da da "sıfırdan" yaxşı komanda qurmuşdu. Nəticədə komanda ilk mövsümündə həm elitada yerini qorumuşdu, həm də çətin rəqib olmağı bacarmışdı Premyer Liqa komandalarına. 

"Şamaxı"nın Premyer Liqada yerini qoruya biləcəyini demək hələ tezdir. Mövsüm uzun, eniş ehtimalı da az deyil. Amma bu qısa müddətdə qazanılan nəticə və göstərilən oyuna görə Ayxan Abbasova alqış düşür. 

Həmid

Xəbər xətti