"Zirə" "Kəpəz"i məğlub etdi, "Neftçi" - "Sumqayıt" matçında bərabərlik - YENİLƏNİB

21:27 - 28 Sentyabr 2024

Bu gün Misli Premyer Liqasında 8-ci turun növbəti matçları keçirilib.

Sportal.az xəbər verir ki, turnir cədvəlində sonuncu pillədə qərarlaşan "Kəpəz" "Zirə"nin qonağı olub. Gəncə təmsilçisi rəqibinə uduzub.

"Neftçi" isə “Sumqayıt”ı sınağa çəkib. Görüş bərabərliklə bitib.

Misli Premyer Liqası
VIII tur

"Zirə" - "Kəpəz" 3:0 
Qollar:
Ceyhun Nuriyev 43, Rüstəm Əhmədzadə 52, Volkov 57
Baş hakim: Rauf Cabarov
Zirə idman Kompleksinin stadionu

"Neftçi" - "Sumqayıt" 1:1
Qollar:
Matias 76 - Rezabal 69

Baş hakim: Cavid Cəlilov
“Neftçi Arena”

Xəbər xətti