Niderlandın "Ayaks" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Amsterdam təmsilçisinin müdafiəçisi Aleksandr Zinçenko sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Zinçeko ölkə çempionatının 23-cü turunun "Fortuna" ilə matçında (4:1) dizindən zədə alıb. 29 yaşlı sol cinah müdafiəçisi əməliyyat olunacaq. O, mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, "Ayaks" Aleksandr Zinçenkonu fevralın 1-də "Arsenal"dan icarəyə götürüb. Təcrübəli futbolçu komandanın heyətində 2 oyunda 20 dəqiqə meydanda olub.
saytlarin hazirlanmasi
