“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın belçikalı oyunçusu Visent Kompani ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, Qvardiola onun “Mançester Yunayted”lə oyunda ilk yalnız hissədə oynamasının səbəbini də açıqlayıb:
“Kompani ilə aramızda heç bir problem yoxdur. “Mançester Yunayted”lə oyun zamanı 2-ci hissədə oyundan çıxdı, çünki yorulmuşdu. Tək səbəb bu idi. Son 2 mövsümdə çox oynamır. Buna səbəb isə zədələr almasıdır. Biz onun zədələnməsini istəmirik. Biz bütün oyunçuların qayğısına qalırıq. Kompani son iki mövsümün tarixçəsini bilir”.
Onu da qeyd edək ki, Visent Kompani 2013-cü ildən “Mançester Siti”nin formasını geyinir.
saytlarin hazirlanmasi