"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo komandanın yarımmüdafiəçisi Bastian Şvaynştaygerə növbəti cəza verib.
Sportal.az xəbər verir ki, Mourinyonun mövsümün əvvəlində əvəzedici komandaya göndərdiyi futbolçuya verdiyi bu dəfəki cəza daha ağır olub. portuqaliyalı mütəxəssis təcrübəli yarımmüdafiəçinin "Mançester Yunayted"də futbol oynamasına qadağa qoyub. Şvaynştayger bundan sonra "qırmızı şeytanlar"ın nə əsas, nə də ki, əvəzedici komandasında futbol oynaya bilməyəcək.
Qeyd edək ki, Şvaynştaygerin qışda komandadan ayrılacağı və Çinə üz tutacağı gözlənilir.
saytlarin hazirlanmasi