"Yuventus"un heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisinin aparıcı futbolçularında olan Andrea Barzaqli sıradan çıxıb. 35 yaşlı müdafiəçi A Seriasının 12-ci turu çərçivəsində "Kyevo" ilə matçda (2:1) zədələnib. İtaliya millisinin üzvünün 1 ay yaşıl meydanlardan kənar qalacağı bildiririlir.
Qeyd edək ki, Barzaqlidən başqa "qoca sinyora"nın diəgər müdafiıəçisi Corcio Kyelleini də zədələdir. 32 yaşlı futbolçu 2 həftə komandasına kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi