“Sevilya”nın yarımmüdafiəçisi Samir Nəsri 4 il futboldan kənarda qala bilər.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Nəsri İspaniyada “Drip Doktors” klinikasında müalicə zamanı narkotik vasitələrdən istifadə etdiyindən, cəzalana bilər. Klinikanın saytında burda istifadə edilən dərmanlarda hidrat olduğu qeyd edilib. Beynəlxalq anti-dopinq agentliyi WADA bu maddədən istifadəni qadağan etdiyindən, Nəsri ciddi cəzalana bilər.
Samirin qanında qadağan edilmiş preparat aşkar ediləcəyi təqdirdə, 4 il müddətinə futboldan kənarlaşdırılacaq.
saytlarin hazirlanmasi