"Keşlə"nin yubiley məğlubiyyəti

“Keşlə” Azərbaycan çempionatlarında 150-ci məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, yubiley uğursuzluğu Premyer Liqanın XVII turuna təsadüf edib. Səfərdə “Neftçi”yə 1:3 hesabı ilə uduzan “Keşlə” 150-ci dəfə meydandan xalsız ayrılıb.

 

Bu, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş klubun 562-ci oyununa təsadüf edib. Bakılılar evdə 56, səfərdə 94 dəfə məğlub olub.

 

“Keşlə” ilk məğlubiyyətini 1999/2000 mövsümündə alıb. 1999-cu il oktyabrın 29-da “Xəzər Universiteti” debüt oyununda evdə “Şəfa”ya 0:1 hesabı ilə uduzub.

Tarix: 17 Fevral [11:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Mart 2020
28  Mart 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio