"Onun transferində müsbət irəliləyiş var, həllolma mərhələsindədir" - Qurban Qurbanov təsdiqlədi

22:33 - 22 May 2026

Misli Premyer Liqasının son turunda "Qarabağ" "Sumqayıt"ı 4:3 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

"Hər iki komandanın oyunçuları yaxşı oyun göstərdilər. Bütün komandalara təşəkkür etmək istəyirəm. Maraqlı çempionat oldu. Öz azarkeşlərimizə də minnətdarlığımızı bildirirəm. Bizim işimiz hələ davam edir. Transfer dönəmi və növbəti mövsüm üçün hazırlıqlarımız olacaq. 2-ci pillədə olmağımıza baxmayaraq yaxşı bir mövsüm keçirdik. Bu da bizim üçün təcrübə idi".

- Komandada gedəcək və yeni gələcək futbolçular barədə...?

- Yaxın günlərdə daha doğru cavab vermək olacaq. İşlər gedir. Xəbərlərimiz olacaq. Rəsmi saytımızda bununla bağlı çəlumatlar olacaq.

- Zakaria Savonun transferi və Elvin Cəfərquliyevlə Ramil Şeydayevin komandadan gedəcəyi ilə bağlı məsələ ilə bağlı son məlumat?

- Elvinlə bağlı klublahamıya danışığa açığıq. Bizimlə müqaviləsi var. Başqa komanda ilə razılığa gəlinməsə, komandadakı durumu ilə bağlı sonra qərar verəcəyik. Ramil barədə də yaxın günlərdə qərar verəcəyik. Zakaria transferi barədə isə demək olar ki, müsbət irəliləyiş var. Həllolma mərhələsindədir. 

- Mövsümə nəzər yetirsəz, sizə qarşı haqsızlıq olduğunu düşünürsünüzmü?

- Haqsızlıq barədə danışmaq istəmirəm. Hakimlik barədə deyirsinizsə, onu deyə bilərəm ki, hakimlər üçün ağır bir mövsüm oldu. Onların da yaxşı bir istirahətə ehtiyacı var. Ümumi götürsək, "Qarabağ" üçün uğurlu bir mövsüm oldu. Çempionlar Liqasında irəliləyişimiz və pley-off mərhələsində oynamağımız Azərbaycan futbolu üçün də bir uğur oldu. 

- "Beşiktaş"ın baş məşqçi siyahısında sizin də adınız olduğu bildirilir. Bu barədə düşüncələriniz?

- Adımız belə bir klublaçəkilirsə, ancaq təşəkkür etmək olar. Mənim "Qarabağ"la  müqaviləm var. 

- Bu mövsümü son illərin ən maraqlı çempionatı kimi qələmə verənlər var. Siz necə düşünürsünüz?

- Razılaşmaq olar bu fikirlə. Mövqe dəyişikləri oldu. Rəqabət güclü oldu. 

- Avropa Liqasında konkret bir hədəf varmı?

- Demək olar ki, Avropa Liqası Çempionlar Liqasının kiçik qardaşıdır. Bu liqaya da ciddi hazırlaşacağıq. Bacardığımız maksimum  nəticəyə imza atmağa çalışacağıq. 

Orxan Həsənquluyev

Xəbər xətti