"Liverpul" üçün əsas transfer hədəfi - klub futbolçunu satmaq istəməsə də...

23:51 - 22 May 2026

"Liverpul" Yan Diomandeni transfer etmək istəyir.

Sportal.az "The Athletic"ə istinadən xəbər verir ki, 19 yaşlı hücumçu "mersisaydlılar"ın yay transfer pəncərəsi üçün əsas hədəfinə çevrilib. Futbolçu ilə PSJ də maraqlanır, lakin parislilər əvvəlcə heyətdən kimləsə yollarını ayırmalı olacaqlar.

Bununla belə, "Leyptsiq" kotdivuarlı futbolçunu satmaq istəmir və komandanın Çempionlar Liqasına vəsiqə qazanması onun klubda qalmasına kömək edə bilər.

Eyni zamanda, Almaniya klubu 100 milyon avrodan çox təklif alacağı halda hücumçunun gedişinə razılıq verə bilər. Bu mövsüm Diomande Bundesliqada 33 oyun keçirib və 12 qol vuraraq “Leyptsiq”in ikinci bombardiri olub.

Xəbər xətti