"Qarabağ" və "Neftçi" istədi, bu klubla anlaşdı - FOTO

10:17 - 21 Avqust 2026

"Malmö" "Zirə"dən transfer etdiyi Salifu Sumanı icarəyə göndərib.

Sportal.az xəbər verir ki, qvineyalı yarımmüdafiəçi Yunanıstan Superliqasının təmsilçisi "Panetolikos"la anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Suma 2026/2027 mövsümünün sonuna qədər "Panetolikos"da çıxış edəcək.

22 yaşlı futbolçunu bu yay "Qarabağ" və "Neftçi" heyətinə qatmaq istəsə də, bu, baş verməmişdi.

O, 2023-2025-ci illərdə "Zirə"nin formasını geyinib. Əlavə edək ki, Suma ötən mövsümün son altı ayını "Radomiak"da icarə əsasında keçirib.

 

Xəbər xətti