Avropa Liqası və Konfransı Liqasının pley-off mərhələlərində dünən keçirilən ilk oyunlardan sonra UEFA reytinqi yenilənib.
Sportal.az xəbər verir ki, “Qarabağ” Enşededə Niderlandın “Tvente” klubunu 1:0 hesabı ilə məğlub etməsi Azərbaycana əlavə 0,250 xal qazandırıb.
Hazırda Azərbaycan 21.937 xalla 26-cı pillədədir. Azərbaycan Ukraynadan bir pillə (22.587) yuxarıda, Slovakiyadan isə (20.625) bir pillə aşağıdadır.
Azərbaycan Avropa mövsümünə 18.562 xalla başlamışdı.
