"Pulsuz da versələr, bizə lazım deyil" - millinin sabiq forvardı haqda

10:55 - 21 Avqust 2026

"Rubin”in prezidenti Marat Safiullin klubun Rusiya millisinin sabiq forvardı Artyom Dzyuba ilə müqavilə imzalamaq planlarının olmadığını bildirib. 

Sportal.az xəbər verir ki, klub rəhbəri Dzyubanın Kazan təmsilçisinə keçəcəyi ilə bağlı yayılan xəbərləri yalanlayıb. "Çempionat.com"a danışan Safiullin rus hücumçuya ehtiyac duymadıqlarını sərt formada bildirib.

- “Spartak”a keçən Dakunu “Rubin”də kim əvəz edə bilər?

- Düşünürəm ki, təəssüf ki, bu günlərdə Dakunu əvəz etmək çox çətindir.

- Məsələn, Artem Dzyuba..

- Şərh vermək istəmirəm. Artyom Dzyuba nədir? Nə danışırsınız?

- Niyə?

- Pulsuz da versələr, bu futbolçu bizə lazım deyil. 

Təcrübəli hücumçunun “Akron”la müqavilə müddəti bitdikdən sonra hazırda azad agentdir. Qeyd edək ki, 37 yaşlı forvard “Spartak” (Moskva), “Tom”, “Rostov”, “Zenit”, “Arsenal” (Tula), “Adana Demirspor”, “Lokomotiv” (Moskva) klublarında çıxış edib.

Xəbər xətti