Nunyesin yeni klubu bəlli oldu - RƏSMİ

15:32 - 23 Avqust 2026

"Əı-Hilal"ın hücumçusu Darvin Nunyes Səudiyyə Ərəbistanında klubunu dəyişib. 

Sportal.az xəbər verir k, " Əl-Diriyah" uruqvaylı forvardı icarəyə götürüb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

27 yaşlı futbolçu ilə icarə müqaviləsi mövsümün sonuna kimidir. 

Qeyd edək ki, "Əl-Hilal" Darvin Nunesi 2025-ci ilin yayında "Liverpul"dan 53 milyon avroya transfer edib. Uruqvay millisinin üzvü Asiya təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. 

Xəbər xətti