"Mançester Siti" heyətini yeni oyunçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Lill"də çıxış edən Əyub Buaddinin keçidini həll edib. Bu barədə insayder Fabaritsio Romano məlumat yayıb.
"Mançester Siti" mərakeşli yarımmüdafiəçi üçün Fransa klubuna 90+5 milyon avro təzminat ödəyəcək. 18 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqavilə imzalaaycaq.
Qeyd edək ki, Əyub Buaddi 2021-ci ilin yayında "Lill"in akademiyasına qoşulub. Mərakeş millisinin üzvü 2025/26 mövsümündə Liqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
