Rəhbərlik söz verdi, komanda etirazı dayandırdı

18:55 - 14 Noyabr 2026

"Mingəçevir"də yaranan maliyyə narazılığı aradan qaldırılıb.

Sportal.az 1Sport.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi komanda üzvləri ilə görüşərək danışıqlar aparıb. Rəsmilər futbolçulara 2 aylıq maaşların noyabrın 20-dək ödəniləcəyinə dair söz veriblər.

Bundan sonra komanda üzvləri etirazı dayandıraraq yenidən məşqlərə çıxmağa razılaşıblar.

Xatırladaq ki, daha əvvəl maaşların ödənməməsi səbəbindən futbolçular I Liqanın VII turunda "Şahdağ Qusar"a qarşı oyuna çıxmaqdan imtina etmişdilər. Nəticədə komandaya texniki məğlubiyyət verilmiş və klub AFFA tərəfindən 3000 manat cərimələnmişdi.

Xəbər xətti