U-21 millimiz Omana qalib gəldi

19:13 - 14 Noyabr 2026

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Sportal.az xəbər Rəşad Eyyubovun rəhbərlik etdiyi kollektiv Omanın U-23 seçməsi ilə üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən qarşılaşma yığmamızın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində Niyazi Osmanov 2 qol vurub.

Bu komandalar noyabrın 17-də daha bir hazırlıq matçı keçirəcəklər. Görüş saat 17:00-da başlayacaq.

Xəbər xətti