“Sumqayıt”ın yarımmüdafiəçisi Xəyal Nəcəfov 22-ci turda çempionatda 100-cü oyununu keçirib.
Sportal.az xəbər verir ki, bu münasibətlə 23-cü turun “Sumqayıt” – “Qəbələ” matçından öncə klub prezidenti Riad Rəfiyev yarımmüdafiəçiyə 100 nömrəli forma təqdim edib.
“Sumqayıt” Futbol Akademiyasının yetirməsi, 2014/15 mövsümündən əsas komandada çıxış edən “97 nömrə” Xəyal Nəcəfov meydanda olduğu 101 oyunda (6138 dəqiqə) 2 dəfə rəqib qapılarına yol tapmağa nail olub.
saytlarin hazirlanmasi