"Sumqayıt"ın 350-ci oyunu

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu “Sumqayıt” üçün yubileylə əlamətdar olub.

 

Sportal.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi tarixinin 350-ci matçını keçirib. “Qarabağ”la ev görüşünədək 349 dəfə meydana çıxan sumqayıtlılar yubiley qarşılaşmasından heç-heçə ilə ayrılıb – 0:0. Bu, 101 qələbə və 158 məğlubiyyəti olan komandanın 91-ci sülhü olub. Rəqib qapılarına 360 qol vuran komanda 468 top buraxıb.


Əsası 2010-cu ildə qoyulan komanda əvvəl “Sumqayıt Şəhər” adı altında da çıxış edib. 11 il ərzində komanda Premyer Liqa, I divizion, Azərbaycan kuboku və UEFA Avropa Liqasında çıxış edib.

Tarix: 22 Aprel [11:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyun 2021
18  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio