Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Qarabağ” – “Sumqayıt” (0:0, penaltilər - 4:5, ilk oyun – 0:0) yarımfinal oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaqların baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.
Sportal.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi:
- Önəmli oyun idi. Rəqibimiz elə də asan deyildi. Sevincliyəm ki, “Sumqayıt”da ikinci dəfə finala çıxırıq. Bu, mənim üçün böyük uğurdu. Komanda olaraq buna inanırdıq. İki cəbhədə vuruşmaq məcburiyyətindəyik. İlk oyunda 7 əsas futbolçuya istirahət vermişdik. Ancaq bu o demək deyildi ki, kubokdan əlimizi üzmüşdük. Bu gün komanda ruhu göründü. Rəqibə də epizod verdik, amma öz şanslarımız da var idi. Bütün azarkeşlərimizi, komandanı təbrik edirəm. Çempionat hələ davam edir. Çalışcağıq ki, sonluq uğurlu olsun. Bunu haqq edirik. “Qarabağ”a da uğurlar arzulayıram.
- Qələbə sevincini futbolçularda daha çox görürük. Ancaq siz penaltilər seriyasında çox sakit idiz və daha sonra təmkinli şəkildə gedib Qurban Qurbanovla görüşüb paltardəyişmə otağına yollandız...
- Qələbə mənim üçün böyükdü. Oyunun stressinə görə istədim ki, tək qalım. Başqa bir şey yoxdu.
- Aydın Bayramovun əsas qapıçı olmağı haqq etdiyini düşünmürsüz?
- Çempionatda ən çox oyun keçirən bizim qapıçılardı. Mehdi Cənnətovda 14-15, Aydında da 14 matçdı. Hər iki qapıçıya inanırıq. Yaxşı qolkiöerlərdi, millinin üzvləridi. Aydına da da demişdim ki, şansın olacaq. Finalda da ona gücvənəcəyik. Bütün futbolçularıma inanıram.
- Elvin Məmmədov penaltini vura bilməyəndə nə hiss edirdiz?
- Penalti çox həssas məsələdi. Problem o idi ki, penaltilər üçün istədiyimiz futbolçuları meydanda saxlaya bilmədik. Zədələr, əvəzetmələr buna səbəb oldu, meydanda əsasən müdafiəçilər qalmışdı. Kimsə qaçıra bilərdi. Məğlub olmağımız da mümkün idi. Aydın məşqlər zamanı penaltilərdə özünü yaxşı göstərir. İnamımız var idi ki, bizə kömək edəcək.
- Son penaltini “Qarabağ” dqiq vursa, hər şey bitəcəkdi. Həmin anda Aydına demədiz ki, hansı tərəfə tullansın?
- Qapıçı məşqçi öz tapşırıqlarını vermişdi. Həmin anda ona nəsə desək, fikrini yayındıra bilərdik. Tam konsentrasiya olmuşdu. Bunu pozmaq olmazdı. O da düzgün qərar verdi.
- Sanki ilk hissədən oyunu penaltilərə aparmağı düşünürdüz...
- Xeyr. Planımız qol buraxmamaq, məğlub olmamaq idi. 1 qol bizi finala apara bilərdi. İmkanların olacağını bilirdik. Şanslar da oldu. Ancaq sonluğu gətirə bilmədik. Rəqibin də sonlarda şansı oldu. Futbolçularımız yorulmuşdu. Sıx qrafikdə əlavə yarım saat oynamaq asan deyil. Əlbəttə, penaltilər seriyasına çatdırıb, şansımızı yoxlamaq istəyirdik.
- Daha əvvəl finalda “Qəbələ”yə məğlub olmusuz. Bu dəfə komandanı psixoloji olaraq necə kökləyəcəksiz?
- Təcrübə baxımından “Qəbələ” bizdən üstün idi. Bu dəfə bizim təcrübəmiz də var. Rəqib bir azdan məlum olacaq. Ümid edirəm ki, kuboku qazana bilərik.
- Rəqibinizin hansı komanda olmasını istəyirsiz: “Zirə”, yoxsa “Keşlə”?
- Hansınınsa adını çəksəm, düz olmaz. Kim layiqdi o da çıxsın. Həmişə bunun tərəfdarı olmuşam. Hər ikisi finala layiqdi. Xeyirlisi. Bu dəqiqə onu yox, gələn turu fikirləşirik.