Ayxan Abbasov: “Neftçi” və “Qarabağ”la bərabər mübarizə aparırıq” - VİDEO

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 27-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, o, 0:1 hesabıyla məğlub olduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

 

“Əlbəttə, uduzmaq istəməzdik. Son oyunadək üstünlüyümüzü qorumaq istəyirdik. Uzatma dəqiqəsində qol buraxmaq planda yox idi. Bir qol hər şeyi həll etdi. Son iki finalımıza hazır olmağa çalışacağıq. Bəzi məqamlar adamı üzür. Digər komandaların bizdən açıq-aşkar üstünlükləri var. Amma biz oyun baxımından heç kimdən geri qalmırıq. Sevinirik ki, “Neftçi” və “Qarabağ”la bərabər mübarizə aparırıq”.

 

Tarix: 15 May [00:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 İyun 2021
17  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio