Ayxan Abbasov “Sumqayıt”da qalmağa razı odlu

10:43 - 30 May 2021

“Sumqayıt”a tarixində ilk dəfə bürünc medallar qazandıran Ayxan Abbasov böyük ehtimalla hazırkı klubunda qalacaq.

 

Sportal.az xəbər verir ki, müqaviləsi başa çatan məşqçi rəsmi anlaşmaya imza atmasa da, rəhbərliklə ilkin razılığa gəlib.

 

Abbasovun əsas istəyi hazırkı heyətin heç olmasa 60 faizi saxlamaq və avrokuboklar üçün normal 3-4 yeni futbolçu almaqdır. Bununla belə, iyunun əvvəli onunla klub prezidenti Riad Rəfiyev arasında daha bir görüşün keçiriləcəyi gözlənilir (rekord.az).

Xəbər xətti